Ermənistanın eks-müdafiə nazirinin 29 milyon dollarlıq əmlakının müsadirəsi tələb olunur

Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan

© APA | Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan

# 22 may 2024 13:56 (UTC +04:00)

Ermənistanın Antikorrupsiya Məhkəməsinə keçmiş müdafiə naziri Vigen Sarkisyanın əmlakının müsadirə olunması ilə bağlı iddia daxil olub.

APA-nın “1lurer.am”a istinadən xəbərinə görə, müsadirəsi tələb olunan daşınar və daşınmaz əmlakın, eləcə də pul vəsaitlərinin ümumi həcmi 29 milyon dollar təşkil edir.

Dövlətin hesabına keçirilməsi tələb olunan aktivlərə İrəvanın mərkəzi ilə yanaşı, ABŞ-də dəyəri milyonlarla dollar həcmində qiymətləndirilən daşınaz əmlaklar, 2004-2020-ci illər ərzində qeyri-qanuni yollarla əldə olunan nağd pul vəsaitləri daxildir.

Məlumatda o da bildirilir ki, şübhələri özündən uzaqlaşdırmaq niyyəti ilə Vigen Sarkisyan sərvətinin bir qismini arvadı Lusine Qalajyanın adına rəsmiləşdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR