Kreml bir sıra Avropa ölkələrinin Fələstini müstəqil dövlət kimi tanımasına münasibət bildirib

Kreml bir sıra Avropa ölkələrinin Fələstini müstəqil dövlət kimi tanımasına münasibət bildirib
# 22 may 2024 14:28 (UTC +04:00)

Rusiya İsrail və Fələstin arasında iki dövlətli həll yoluna əsaslanan nizamlanmanın tərəfdarıdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bir sıra Avropa ölkələrinin Fələstini müstəqil dövlət kimi tanımasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, rəsmi Moskvanın bu mövqeyi ardıcıl və şəffafdır.

“Sizə xatırlatmaq istərdim ki, Rusiya Federasiyası SSRİ-nin hüquqi varisidir. SSRİ mövcudluğunun son mərhələsində Fələstin dövlətini tanıyıb. Bu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və iki dövlətin nizamlanmasına əsaslanan yanaşmaya tamamilə uyğundur. Ona görə də, biz SSRİ-nin hüquqi varisiyik və bu sahədə ardıcıl və şəffaf mövqeyimizi davam etdiririk”, deyə Kremlin sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR