Almaniya “Patriot” havadan müdafiə sistemlərini Türkiyəyə 2013-cü ilin ilk günlərində göndərə bilər

Almaniya “Patriot” havadan müdafiə sistemlərini Türkiyəyə 2013-cü ilin ilk günlərində göndərə bilər
# 11 dekabr 2012 00:06 (UTC +04:00)

APA-Bakı. Türkiyənin Suriya tərəfdən ola biləcək təhlükənin qarşısını almaq məqsədi ilə NATO-dan gözlədiyi “Patriot” havadan müdafiə sistemlərini, Almaniya 2013-cü ilin ilk günlərində göndəriləcək. Xatırladaq ki, Almaniya hökuməti bu sistemləri Türkiyəyə göndərmək barədə qərarı keçən həftə qəbul edib.

Almaniyadakı mənbələrin CNNTürk-ə verdiyi məlumata görə, NATO Türkiyədə “Patriot” havadan müdafiə sistemləri yerləşdirmək qərarı qəbul etdikdən sonra, bu məsələnin Almaniya Federal Məclisində çərşənbə günü müzakirəyə çıxarılacağı gözlənilir. Bu qərarın səs çoxluğu ilə qəbul ediləcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR