Şəki sakinlərində narkotik aşkarlanıb

Şəki sakinlərində narkotik aşkarlanıb
# 22 iyun 2016 10:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şəki şəhərində narkotik vasitə becərən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Layısqı kəndində, kənd sakini Zahir Rəsulov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 316 kiloqram 1432 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Şəki şəhər sakini Ramin Xəlilovdan 6 kiloqram 20 qram marixuana götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR