Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən Şamil Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası isə dekabrın 11-ə təyin edilib.
Qeyd edək ki, bu il mayın 10-da 1997-ci il təvəllüdlü Şamil Rzayev yaşadığı evdə münaqişə zəminində atası Qalib Rzayevi balta ilə vuraraq qətlə yetirib.