Bakıda qaraj və ev yanıb

Bakıda qaraj və ev yanıb
# 05 sentyabr 2015 21:52 (UTC +04:00)

Bakı-APA. Bakıda iki yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 9 kv. m olan dəmir konstruksiyadan ibarət qarajda yanğın olub. Nəticədə, qarajın içərisinə yığılmış köhnə ev əşyaları 4 kv.m sahədə və qarajın ətrafında 2 kv.m sahədə məişət tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bundan başqa Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 1 mərtəbəli 1 otaq və aynabənddən ibarət evdə yanğın olub. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR