Bakı. Şəhriyar Əlizadə - APA. Abşeron rayonunda dəm qazından ölüm faktı baş verib.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 25-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan Araz Abbaszadə evində dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırmalar aparılır.