Exit-poll: Hakim “Gürcü arzusu” partiyası parlament seçkilərində liderdir

Exit-poll: Hakim “Gürcü arzusu” partiyası parlament seçkilərində liderdir
# 08 oktyabr 2016 20:36 (UTC +04:00)

Bakı-APA. Hakim “Gürcü arzusu” partiyası ölkədə keçirilən parlament seçkilərində liderdir.

APA-nın xəbərinə görə, seçkilərdə Exit-poll keçirən ABŞ-ın TNS şirkətinin nəticələrinə əsasən, “Gürcü arzusu” səslərin 53,8 faizini toplayıb.

Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası 19,5 faizlə və seçicilərin 5 faizinin etimadını qazanmış “Vətənpərvərlər Alyansı” partiyası parlamentə keçid həddini adlaya biliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR