Bakı. Cavid Zeynalov - APA. Aprelin 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Şəfiqə Axundovanın 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Dövlət Filarmoniyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında bəstəkarın əsərləri səsləndiriləcək.
Orkestrin bədii rəhbəri və baş dirijoru xalq artisti, professor Ağaverdi Paşayevdir.