Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Elmira Ramazanovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın president.az saytına istinadən verdiyi məlumata görə, E. Ramazanova neft və qaz sənayesi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə görə bu ordenlə təltif edilib.