Yevlaxda yol qəzası olub, yaralananlar var

Yevlaxda yol qəzası olub, yaralananlar var
# 31 yanvar 2020 09:30 (UTC +04:00)

Yevlaxda yol qəzası olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Mal binəsi kəndi yaxınlığında baş verib. Belə ki, BMV və "Hyundai" markalı maşınların toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. 1955-ci il təvəllüdlü Rasim Əli oğlu Həsənova yerindəcə tibbi yardım göstərilib. 1962-ci il təvəllüdlü Salmanova Almaz İslam qızı isə rayon xəstəxanasına yerləşdirilib. Bundan əlavə daha bir yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Hər üç yaralı rayon sakinidir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR