Abşeronda 25 yaşlı oğlan iş adamını güllələyib

Abşeronda 25 yaşlı oğlan iş adamını güllələyib
# 12 oktyabr 2016 07:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeron rayonunda qətl törədilib.

Rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, Qobu qəsəbəsində qəsəbə sakini, 1975-ci il təvəllüdlü Rövşən Rafiq oğlu Abbasov odlu silahla qətlə yetirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni qəsəbə sakini, 1991-ci il təvəllüdlü Tural Zakir oğlu Əlizadənin törətdiyi müəyyənləşib. Şübhəli şəxs qismində saxlanılan T. Əlizadədən hadisə zamanı istifadə etdiyi “Vinçester” markalı silah götürülüb.

Qətli şəxsi münaqişə zəminində törədildiyi bildirilir. Faktla bağlı cinayət içi başlanıb, araşdırma aparılır.

Öldürülən şəxsin iş adamı olduğu qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR