Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş naziri Vano Merabişvilini qəbul edib
16 iyul 2012 15:41 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyulun 16-da Gürcüstanın Baş naziri Vano Merabişvilini qəbul edib. APA-nın məlumatına görə, dövlət başçısı Gürcüstanın baş naziri Vano Merabişvilini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və fəaliyyətində ona uğurlar arzulayıb. Prezident İlham Əliyev Vano Merabişvilinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd edib. Vano Merabişvili Baş nazir kimi ilk xarici səfərini Azərbaycana etməsindən məmnunluğunu bildirib. Görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xarici siyasət
Rumıniya Prezidenti: Azərbaycan Cənubi Qafqaz regionunda yaxın və etibarlı strateji tərəfdaşdır
17:56
27 may 2024
İrakli Kobaxidze: Azərbaycanla münasibətlərin dərinləşməsi bizim hökumətimizin ən əsas prioritetidir
14:00
27 may 2024
XİN: İranın Azərbaycanla əlaqələri düzgün yoldadır
12:46
27 may 2024
XİN Fransaya xəbərdarlıq edib
11:13
27 may 2024