Bu gün Bakının Xətai rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 19 fevral 2020-ci il tarixində gecə saatlarınadək Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.