Bank Of Baku

Sabirabadda pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib - YENİLƏNİB

Sabirabadda pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 17 sentyabr 2016 10:32 (UTC +04:00)

Bakı - APA. Sentyabrın 17-də Sabirabadda Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

 

APA-nın məlumatına görə, dövlət başçısı müşavirədə giriş nitqi söyləyib.

 

Sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktorunun müavini Bəhruz Camalov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, “ÇTS Aqro” MMC-nin baş direktor əvəzi Arif İbrahimov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış ediblər.

 

Prezident İlham Əliyev müşavirəyə yekun vurub.

 

 

***

 

saat 11.04

 

Bakı - APA. Sabirabadda Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.

 

APA-nın məlumatına görə, dövlət başçısı müşavirədə nitq söyləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR