Bank Of Baku

FHN buğda tədarükünün vaxtını uzadıb, istehsalçılardan qəbul olunan buğdanın qiymətini qaldırıb

FHN buğda tədarükünün vaxtını uzadıb, istehsalçılardan qəbul olunan buğdanın qiymətini qaldırıb
# 01 sentyabr 2016 16:57 (UTC +04:00)

Bakı - APA-Economics. Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükünün vaxtı uzadılıb.

 

Bu barədə "APA-Economics"ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

"Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi 21 iyun 2016-cı il tarixində Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib.

 

Bildiririk ki, Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükünün vaxtı 1 noyabr 2016-cı il tarixinədək uzadılıb. Həmçinin, yerli buğda istehsalçılarından qəbul olunan keyfiyyətli buğdanın qiyməti bir ton üçün 250 manatdan 270 manata qaldırılıb.

 

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az saytına, 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar", - deyə məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR