Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Elektron kənd təsərrüfatı informasiya sistemi üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ilkin coğrafi məlumatlar bazasının yaradılması” işlərinin (xidmətlərin) satınalınması məqsədilə elan edilmiş təkliflər sorğusunun qalibi açıqlanıb.
"APA-Economics" xəbər verir ki, nazirliklə "Azgeokad” MMC arasında satınalma müqaviləsi imzalanıb.
Müqavilənin dəyəri 289 min 937,8 manat təşkil edir.