Bank Of Baku

Nazir: "Son 8 ildə kənd təsərrüfatı məhsulları istehsalına subsidiyaların həcmi təqribən 2 dəfə artırılıb"

Nazir: "Son 8 ildə kənd təsərrüfatı məhsulları istehsalına subsidiyaların həcmi təqribən 2 dəfə artırılıb"
# 25 may 2018 10:54 (UTC +04:00)

"Son 8 ildə kənd təsərrüfatı məhsulları istehsalına dövlət büdcəsindən ayrılan subsidiyaların həcmi təqribən 2 dəfə artırılıb".

 

"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda Sahibkarlar Gününə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

 

Nazirin sözlərinə görə, ötən dövr ərzində dövlətin dəstək tədbirlərinin həcmi ilə yanaşı, onun əhatə dairəsi genişləndirilib.

 

"Subsidiyaların strukturu təkmilləşdirilməklə son məhsula görə subsidiyanın verilməsinə başlanılıb. Aqrar sahəyə göstərilən dəstək tədbirlərinin həcmi bəzi subsidiyalar üzrə son illərdə 3-5 dəfə artırılıb. Hazırda aqrar məhsul istehsalçıları torpaq vergisi xaric, digər vergilərdən azaddır. Bununla yanaşı, ölkəyə xaricdən gətirilən kənd təsərrüfatı texnikaları, cins damazlıq heyvanlar, toxum və tinglər, aqrokimyəvi maddələr kənd təsərrüfatı heyvanları və quşların profilaktikası, diaqnostika və müalicəsi üçün istifadə olunan baytarlıq preparatları ƏDV və idxal gömrük rüsumlarında  azad edilib",- deyə İ.Kərimov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR