İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Telişli kəndi ərazisindən keçən hissəsində baş verib. Minik avtomobilinin yük avtomobili ilə toqquşması nəticəsində 2 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.