Bank Of Baku

Qoşqar Təhməzli: “Artıq qida təhlükəsizliyi nəzarəti bir orqan tərəfindən həyata keçiriləcək”

Qoşqar Təhməzli: “Artıq qida təhlükəsizliyi nəzarəti bir orqan tərəfindən həyata keçiriləcək”
# 09 fevral 2018 11:45 (UTC +04:00)

“İdxalçı dövlət bizim ixracatçılardan hansı sənədlər istəyəcəksə, Qida Təhlükəsizliyi Agentliyi həmin sənədləri ixracatçılara verəcək”.
 

APA-nın məlumatına  görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsində “Baytarlıq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib. 
 
Q. Təhməzli deyib ki, Qida Təhlükəsizliyi Agenliyi yaradılmazdan əvvəl nəzarət və xidmət eyni qurum tərəfindən həyata keçirilib: “Qanunda olan dəyişikliklər xidmət və nəzarət predmetlərini əhatə edir. Xidmət heyvan və bitki sağlamlığı ilə olmalı, nəzarət funksiyasını isə Qida Təhlükəsizliyi Agentliyi həyata keçirməlidir. Artıq digər orqanların həyata keçirdiyi qida təhlükəsizliyi nəzarəti bir orqan tərəfindən həyata keçirəcək”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR