Bank Of Baku

Rusiya Azərbaycanda pomidorların becərilməsini izləyəcək

Rusiya Azərbaycanda pomidorların becərilməsini izləyəcək
# 19 dekabr 2017 05:57 (UTC +04:00)

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndələri bu həftə ərzində Azərbaycana səfər edəcəklər.

 

"APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, qurumun nümayəndələri Azərbaycanda pomidorların becərilməsi və saxlanılması prosesini izləməyi planlaşdırır.

 

"2017-ci ildə Azərbaycandan Rusiyaya ixrac olunan pomidorun həcminin artması ilə əlaqədar dekabrın 18-dən 21-dək Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndələri qonşu ölkəyə səfər edərək bu məhsulun becərilməsi və saxlanması prosesi ilə yaxından tanış olacaqlar", - deyə qurumun yaydığı məlumatda bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR