Gəncədə 67 yaşlı qadını maşın vuraraq öldürüb

Gəncədə 67 yaşlı qadını maşın vuraraq öldürüb
# 09 noyabr 2022 10:52 (UTC +04:00)

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, noyabrın 9-da səhər saatlarında, Gəncə şəhərində sürücü Orxan Babayev idarə etdiyi "VAZ 2107" markalı avtomobil ilə hərəkətdə olarkən, yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Firuzə Qocayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR