Bank Of Baku

BDU-nun şöbə müdiri COVID-19-dan vəfat edib - VİDEO

Adil Xasayev

© APA | Adil Xasayev

# 22 dekabr 2021 11:47 (UTC +04:00)

Bakı Dövlət Universitetinin Tədris prosesinin təşkili şöbəsinin müdiri dosent Adil Xasayev vəfat edib.

Universitetdən APA-ya verilən məlumata görə, A. Xasayev 76 yaşında COVID-19-dan vəfat edib.

O, 1968-1970-ci illər Mərkəzi Geoloji-Kəşfiyyat Elmi Tədqiqat İnstitutunun Bakı laboratoriyasında kiçik elmi işçi, 1970-ci ildə BDU-nun Faydalı qazıntılar kafedrasının əyani aspirantı olub, sonralar dosenti kimi çalışıb. O, "Faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası" fənnini tədris edib. 1992-2016-cı illərdə Geologiya fakültəsinin dekanı vəzifəsində çalışıb.

A. Xasayev 150-dən artıq elmi əsərin, o cümlədən 2 monoqrafiya, 5 dərslik və 10-dan artıq metodik göstəriş və proqramların müəllifi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR