Ramiz Rzayev: “2011-ci ildə Azərbaycan Ali Məhkəməsinə daxil olan işlərin sayı artıb”

Ramiz Rzayev: “2011-ci ildə Azərbaycan Ali Məhkəməsinə daxil olan işlərin sayı artıb”
# 17 fevral 2012 07:46 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu məhkəmənin Plenumunun iclasında çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib. R. Rzayev mülki kollegiyada 2, 5 faiz, inzibati-iqtisadi kollegiyada 25, 5 faiz, cinayət kollegiyasında 26, 6 faiz, hərbi kollegiyada isə 16, 3 faiz artım olduğunu söyləyib. Onun sözlərinə görə, ümumiyyətlə, Ali Məhkəməyə daxil olan işlərin sayı 8, 1 faiz artıb.

Plenumda çıxış edən Mülki kollegiyanın sədri Şəlalə Məmmədova da ötən il ərzində kollegiyaya daxil olan əmək, ailə, borc və kredit mübahisələri ilə bağlı olan işlərin sayının artdığını açıqlayıb. Kollegiya sədri vərəsəliklə bağlı olan işlərin sayının isə azaldığını qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR