Respublika Baş Dövlət Yol Polisi İdarəsi avtomobil yollarında reydlərə başlayıb
09 iyun 2012 10:12 (UTC +04:00)
Bu barədə APA-ya BDYPİ-nin şöbə rəisi Kamran Əliyev məlumat verib.
Onun sözlərinə görə, reydlərə bu gündən start verilib. Reydlər son günlər respublikada baş verən çox saylı insan itkisi ilə nəticələnən yol qəzaları ilə əlaqədar həyata keçirilir. Respublikanın bütün avtomobil yollarında aparılan reydlər zamanı avtomobilləri yüksək sürətlə idarə edən, ötmə əməliyyatlarını və yük daşıma qaydalarını kobud şəkildə pozan sürücülərə qarşı sərt tədbirlər görüləcək. Reydlər zamanı həmçinin nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən sürücülər də müəyyən edilərək cəzalandırılacaq.
K. Əliyev həmçinin bildirib ki, yay mövsümünün başlaması ilə əlaqədar magistral yollarda nəqliyyatın hərəkət intensivliyi artıb. Buna görə də sürücülərdən yola çıxarkən son dərəcə ehtiyatlı olmaları, yüksək sürətdən yayınmaları, ötmə əməliyyatlarının düzgün və vaxtında həyata keçirmələri xahiş olunur.
Qeyd edək ki, ötən gün respublikanın avtomobil yollarında 16 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 7 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Təkcə Masallı rayonunda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.

Hadisə
Ucarda 3 aydır itkin düşən şəxs tapılıb
11:40
23 may 2024
Baş prokuror İmişlidə 5 aydır itkin düşən 11 yaşlı uşaqla bağlı göstəriş verib
11:27
23 may 2024
Masallıda şirkət əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib
10:36
23 may 2024
FHN: Ötən sutka 36 yanğına çıxış olub, 3 nəfər xilas edilib
10:18
23 may 2024