Balakəndə 49 yaşlı kişi ölü tapılıb

Balakəndə 49 yaşlı kişi ölü tapılıb
# 29 sentyabr 2023 09:33 (UTC +04:00)

Balakəndə tənha yaşayan 49 yaşlı kişi özünü öldürüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Balakən şəhər ərazisindəki fərdi yaşayış evlərinin birində baş verib. 1974-cü il təvəllüdlü Balakən şəhər sakini Nəsibov Rövşən yaşadığı evində şüşə parçası ilə özünə xəsarət yetirib. O, kəskin qanitirmədən hadisə yerində ölüb.

R.Nəsibov spirtli içki aludəçisi olduğu bildirilir.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR