Bank Of Baku

Metroda cibgirlik edən şəxs saxlanılıb

Metroda cibgirlik edən şəxs saxlanılıb
# 07 mart 2026 18:34 (UTC +04:00)

Martın 4-də metro stansiyalarının birində oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, bir qadın polisə müraciət edərək qatarda olarkən çantasından sənəd, kartlar olan pul kisəsi və mobil telefonunun oğurlandığını bildirib.

Metropolitendə Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı E.Qasımov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR