Bank Of Baku

Ucarda 50 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB

Ucarda 50 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB
# 06 oktyabr 2023 12:08 (UTC +04:00)

Oktyabrın 5-də gecə saat 23 radələrində Ucar şəhər sakini, 1973-cü il təvəllüdlü Ə.Məmmədovun yaşadığı evin qarşısında vəfat etməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan APA nın -sorğusuna cavab olaraq bildirib ki, məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunublar.

İlkin xarici müayinə zamanı mərhumun üzərində heç bir xəsarət izi aşkarlanmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

07.08

Ucar sakini naməlum şəraitdə ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında rayonun Heydər Əliyev prospektində baş verib. Təxminən 45-50 yaşlarında olan Əhliman adlı şəxsin avtomobil yolunun kənarında meyiti tapılıb. Mərhumun hansı səbəbdən və hansı şəraitdə öldüyü məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR