Bank Of Baku

Zaqatala sakini Rusiyada yol qəzasında ölüb

Zaqatala sakini Rusiyada yol qəzasında ölüb
# 06 oktyabr 2023 13:12 (UTC +04:00)

Zaqatala rayon sakini Rusiya Federasiyasında yol qəzasında ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə oktyabrın 3-də Rusiya Fedarasiyasının Tolyatti şəhərində baş verib. 1973-cü il təvəllüdlü, Zaqatala rayonunun Yeni Suvagil kənd sakini Namiq Bilal oğlu Məmmədov velosipedlə hərəkətdə olarkən avtomobilvurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N. Məmmədov dünyasını dəyişib. Onun meyiti bu gün Zaqatalanın Yeni Suvagil kəndinə gətirilərək dəfn olunacaq.

N. Məmmədov Tolyatti şəhərində tikintidə işləyirmiş, ailəsi Yeni Suvagil kəndində yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR