Bank Of Baku

Azərbaycan Ordusunun xüsusi təyinatlıları Türkiyədə təlimdə iştirak edib - YENİLƏNİB - FOTO - VİDEO

Azərbaycan Ordusunun xüsusi təyinatlıları Türkiyədə təlimdə iştirak edib - YENİLƏNİB  - FOTO  - VİDEO
# 19 oktyabr 2023 18:42 (UTC +04:00)

Azərbaycan Ordusunun xüsusi təyinatlıları Türkiyə Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Kayseridə keçirilən “Erciyes-2023” hərbi təlimdə iştirak edib.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, 2 gün davam edən təlimdə 9 ölkədən 652 personal qatılıb, 354 növ texnika və silah növündən istifadə olunub.

Təlimlərdə həm gecə, həm də gündüz müəyyən olunmuş koordinatlarla paraşüt tullanışları həyata keçirilib, şərti düşmən məhv edilərək ərazinin təhlükəsizliyi təmin edilib.

***

17:30

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının Kayseri şəhərində keçirilən “Erciyes - 2023” təlimində iştirak edirlər.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının cəlb olunduğu təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilir.

“Erciyes - 2023” təlimində əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR