Bank Of Baku

Azərbaycan və Türkiyə pilotları tapşırıqları yüksək dəqiqliklə yerinə yetirib - VİDEO

Azərbaycan və Türkiyə pilotları tapşırıqları yüksək dəqiqliklə yerinə yetirib - VİDEO
# 19 oktyabr 2023 14:50 (UTC +04:00)

Ölkəmizdə keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminə hazırlıq prosesi davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, plana uyğun olaraq, döyüş təyyarələri ilə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər tapşırıqlar üzrə fəaliyyətləri məşq etdirilib.

Təlim məşqləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək dəqiqliklə yerinə yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR