Bank Of Baku

Füzuli və Zəngilanda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü olub - VİDEO

Füzuli və Zəngilanda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü olub - VİDEO
# 08 noyabr 2023 13:18 (UTC +04:00)

8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində, eləcə də Gəncə, Bərdə, Füzuli, Laçın şəhərlərində və Zəngilan rayonunda müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.

APA xəbər verir ki, bu barədə MN məlumat yayıb.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Yürüşlərdə hərbi orkestrlərin ifasında hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar səsləndirilib.
Keçirilən hərbi yürüşlər vətəndaşlarımız tərəfindən böyük maraqla qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR