Bank Of Baku

İran nümayəndə heyəti Ermənistanın bölgədə sabitlik və təhlükəsizliyə təhdid yarada biləcək fəaliyyətindən narahatlığını ifadə edib

İran nümayəndə heyəti Ermənistanın bölgədə sabitlik və təhlükəsizliyə təhdid yarada biləcək fəaliyyətindən narahatlığını ifadə edib
# 09 sentyabr 2023 14:03 (UTC +04:00)

Azərbaycan-İran əlaqələrinin qədim tarixi köklərə söykənir.

APA xəbər verir ki, bu barədə Azərbaycan-İran Birgə Komissiyanın görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyəti sentyabrın 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə bildirib.

Mehriban qonşuluq əlaqələrinin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin vacibliyi qeyd edilib.

Azərbaycanın azad etdiyi ərazilərində həyata keçirdiyi bərpa-quruculuq işlərindən məmnunluğunu bildirən İran nümayəndə heyəti Ermənistanın bölgədə sabitliyə və təhlükəsizliyə təhdid yarada biləcək fəaliyyətlərindən narahatlığını ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR