Bank Of Baku

Rusiyada Həzi Aslanovun yenilənmiş xatirə lövhəsinin açılışı olub - FOTO

Rusiyada Həzi Aslanovun yenilənmiş xatirə lövhəsinin açılışı olub - FOTO
# 19 oktyabr 2023 14:49 (UTC +04:00)

Rusiyanın Volqoqrad şəhərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun yenilənmiş xatirə lövhəsinin açılış mərasimi keçirilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, azərbaycanlı Sovet İttifaqı qəhrəmanının xatirə lövhəsinin yenilənməsi Moskvanın Qərb Muxtar Dairəsi azərbaycanlılarının milli mədəni muxtariyyətinin sədri Əli Kazımovun təşəbbüsü ilə baş tutub.

Belə ki, Həzi Aslanovun xatirə lövhəsi ilk dəfə 57 il bundan əvvəl, 1966-cı ilin fevralın 2-də Stalinqrad döyüşündə qələbənin 23-cü ildönümü günündə 91 saylı orta məktəbin binasının divarında quraşdırılıb. Lakin zaman keçdikcə ətraf mühitin təsiri altında lövhənin görkəmi pisləşib, üzərindəki hərflərin oxunması çətinləşib.

Diaspor rəhbərinin sözlərinə görə, onun Həzi Aslanovun xatirə lövhəsinin yenilənməsi ilə bağlı təşəbbüsünü Volqoqraddakı 91 saylı məktəbin direktoru Tatyana Qorşkoa və Volqoqrad azərbaycanlı icmasının fəalı Rafiq İsmayılov dəstəkləyib. Ə. Kazımov bildirib ki, köhnə xatirə lövhəsinin yeniləndikdən sonra açılış mərasiminin Stalinqrad ətrafında SSRİ qoşunlarının alman-faşist ordusu üzərində qələbəsinin 80-ci ildönümünə həsr olunması əlamətdar hadisədir.

Xatirə lövhəsinin açılış mərasimində Volqoqrad şəhər və vilayət administrasiyasının nümayəndələri, şəhər və vilayət dumasının deputatları, Moskva şəhəri, vilayəti və Volqoqrad şəhərinin azərbaycanlı icmasının nümayəndələri və diaspor fəalları iştirak ediblər.

Açılış mərasimi məktəbin akt zalında keçirilən tədbirlə davam etdirilib. Məktəbin şagirdləri Həzi Aslanovun döyüş yolundan, Volqoqradın qəhrəmanın adını daşıyan küçəsində bəhs edən musiqili-ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR