Ermənistanın bölgədə təkcə atəşkəsi pozması deyil, həm də səngərlər qazması, yeni mövqelərdə istehkamlar inşa etməsi müşahidə olunur.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbə bildirib.
Qeyd olunub ki, Ermənistan təxribatlardan əl çəkməli, diqqətini sülh danışıqları və əməkdaşlığa yönəltməlidir:
“Regional sülh və sabitliyə aparan yol hərtərəfli sülh sazişinin imzalanmasından keçir. Bu səbəbdən də Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir”.