ABŞ-ın bir necə seçki məntəqələrində səsvermə başa çatıb
07 noyabr 2012 01:16 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, bu məntəqələrdəki səsvermənin ilkin nəticələrinə görə, Kentukki ştatında Mit Romni səslərin 69%, Obama 29%-ni qazanıb. İndiana ştatında Romni 59%, Obama isə 39% səs qazanıb. Bu ştatların əhalisi ənənəvi olaraq respublikaçı namizədlərə səs verir.
Nyu-Hempşir ştatındakı ekzit-polların nəticələrinə görə, Mit Romni səslərin 32,6%, Barak Obama isə 65% qazanaraq bu ştatda qalib gələcək.
Qeyd edək ki, namizəd Seçicilər Kollegiyasının 270 üzvünün (50%+1) səsini qazanırsa, prezident seçilmiş sayılır.
Seçicilər Kollegiyası sistemi federalizm prinsipini dəstəkləmək məqsədilə tətbiq olunur. Bu sistemin tətbiqində məqsəd daha böyük ştatların kiçik ştatları üstələməsinə mane olmaqdır. Hər ştatdan olan Seçicilər Kollegiyasının üzvləri bütün səsləri həmin ştatda daha çox səs toplamış namizədə verirlər.
Kollegiyaya daxil olan seçicilərin sayı ştatların Konqresdəki təmsilçilərinin sayına uyğundur, (2 senator + Nümayəndələr Palatasının üzvləri. Hər ştatdan Nümayəndələr Palatasına üzvlərin sayı ştat ərazisindəki seçki dairələrinin sayına bərabərdir). Seçicilər
Kollegiyasında ən çox səsə Kaliforniya ştatı sahibdir – 55 səs. Bu ştat Konqresdə 2 senator və 53 Nümayəndələr Palatasının üzvü ilə təmsil olunur. Montana, Alyaska, Vermont, Delaver, Vayominq, Cənubi Dakota və Şimali Dakota ştatları isə Seçicilər Kollegiyasında hərəyə cəmi 3 səsə sahibdir.

Amerika
Meksikada prezidentliyə namizədin seçki mitinqi zamanı dekorasiya uçub, 9 nəfər ölüb - YENİLƏNİB - VİDEO
10:03
23 may 2024
Blinken ABŞ-nin Ermənistana dəstək tədbirlərini müzakirə etdiyini açıqlayıb
09:58
23 may 2024
ABŞ-də tornado nəticəsində 4 nəfər ölüb
08:55
23 may 2024
Blinken: “Rusiya ərazilərinə mümkün zərbələr barədə qərarı Ukrayna verməlidir”
04:35
23 may 2024