Milli Məclisin sədr müavini Valeh Ələsgərov XV Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edəcək
07 aprel 2012 08:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Milli Məclis sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov XV Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə səfər edəcək.
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Türkiyənin İstanbul və İzmir şəhərlərində keçiriləcək.
Yığıncaqda iqtisadi, siyasi, sosial, enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, bu istiqamətlərdə təcrübə və informasiya mübadiləsi, mədəniyyətlərarası dialoq mövzularında müzakirələr aparılacaq. V.Ələsgərov toplantıda qaldırılacaq məsələlər barədə fikirlərini açıqlayacaq, öz təkliflərini verəcək.
Səfər aprelin 13-də başa çatacaq.

Xarici siyasət
TBMM Baş katibinin müavini Naim Çoban Azərbaycanda səfərdədir - FOTO
09:36
23 may 2024
Milli Məclisin deputatları NATO PA-nın yaz sessiyasında iştirak edəcəklər
09:33
23 may 2024
Emoməli Rəhmon Şəhidlər xiyabanını ziyarət edib
19:44
22 may 2024
Tacikistan Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
19:21
22 may 2024