ARDNŞ-in Gürcüstan nümayəndəliyinin yeni ofisi açılıb
19 sentyabr 2012 14:03 (UTC +04:00)
Tbilisi - APA. Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstan nümayəndəliyinin yeni tikilmiş mərkəzi ofisinin açılışı olub.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, ofisin açılışını ARDNŞ-in prezidenti Rövnəq Abdullayev həyata keçirib. Açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.