Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət heyətin növbəti dəfə beynəlxalq yarışda uğurlu çıxış etməsinə həsr olunmuş mətbuat konfransı təşkil edilib.
“Azərsun Holdinq”dən “APA-Economics”ə verilən məlumata görə, Ukraynanın Çervontsı şəhərində ölkəmizi təmsil etmiş heyət komanda və fərdi şəkildə mübarizə aparıb.
“Azərsun Holdinq” tərəfindən istehsal olunan “Super Sun” yağlarının istifadəsi ilə müxtəlif yeməklər hazırlayan azərbaycanlı iştirakçılar 7 fərdi və 1 komanda sinfindən 2 gümüş, 4 bürünc, bir qızıl medal qazanıb.
Milli Kulinariya Komandamızın beynəlxalq festivallarda və yarışlarda əldə etdiyi uğurlu nəticələrdə də çox böyük rol oynayan bu yağlar ilə hazırlanmış yeməklər gözəl tamı ilə növbəti dəfə hər kəsin rəğbətini qazanıb. Kulinarların bildirdiyinə görə, yarışda uğurun əldə olunmasında “Azərsun Holdinq” tərəfindən istehsal olunan bu məhsullar xüsusi rol oynayıb.