Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 8 mln. 789,79 min ABŞ dolları dəyərində 5 862 ton ət idxal edib. Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin iki ayı ilə müqayisədə 1 404,13 ton və ya 31,50% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 2 mln. 764,6 min dollar və ya 45,88% çoxdur.
Qeyd edək ki, 2017-ci ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 6 mln. 025,19 min dollar dəyərində 4 457,87 ton ət idxal edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-fevral aylarında ət məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,61%-ni təşkil edib.