Bank Of Baku

Azərbaycan İran və Rusiyaya damazlıq yumurta ixrac edəcək

Azərbaycan İran və Rusiyaya damazlıq yumurta ixrac edəcək
# 18 aprel 2018 09:38 (UTC +04:00)

Azərbaycan İran və Rusiyaya damazlıq yumurta ixrac edəcək.

 

"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun cari ilin birinci rübündə fəaliyyəti barədə məlumat verərkən bildirib.

 

Ş.Abdullayevin sözlərinə görə, indiyədək ümumi dəyəri 283,2 mln. manat olan 40 quşçuluq təsərrüfatına 138,4 mln. manat güzəştli kredit verilib.

 

"Bundan başqa, indiyədək ümumi dəyəri 114,7 milyon manat olan 30 çörək zavoduna 54,4 milyon manat güzəştli kredit verilib. Onların istehsal gücü 830 tondur",- deyə Ş.Abdullayev əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR