Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 80 mln. 717,27 min ABŞ dolları dəyərində 75 557,32 ton meyvə-tərəvəz ixrac edib.
Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin üç ayı ilə müqayisədə 19 971,19 ton və ya 35,93% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 25 mln. 316,14 min dollar və ya 45,70% çoxdur.
Qeyd edək ki, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 55 mln. 401,13 min dollar dəyərində 55 585,41 ton meyvə-tərəvəz ixrac edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-mart aylarında meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 2,41%-ni təşkil edib.