Bank Of Baku

Azərbaycana kərə yağının idxalı 29% azalıb

Azərbaycana kərə yağının idxalı 29% azalıb
# 09 mart 2018 11:35 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 9 mln. 876,59 min ABŞ dolları dəyərində 1 705,59 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

 

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin iki ayı ilə müqayisədə 702,91 ton və ya 29,18% azdır. Məbləğ baxımından isə illik nisbətdə 1 392,28 min dollar və ya 16,41% çoxdur.

 

Qeyd edək ki, 2017-ci ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 8 mln. 483,81 min dollar dəyərində 2 408,50 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

 

Qeyd edək ki, 2018-ci ilin yanvar-fevral aylarında kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,68%-ni təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR