Bank Of Baku

Azərbaycanda 255 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaq əkin dövriyyəsinə qaytarılıb

Azərbaycanda 255 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaq əkin dövriyyəsinə qaytarılıb
# 05 mart 2018 11:19 (UTC +04:00)

Boş və istifadəsiz qalan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində aparılan işlər çərçivəsində 50 rayon üzrə 1 500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən səmərəsiz istifadə olunan 255 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.

 

Əmlak Məsələləri Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən il ərzində ümumilikdə 101 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilməsi də bu sahədə aparılan genişmiqyaslı işlərin nəticəsidir. 2017-ci il kənd təsərrüfatı sahəsində əkin dövriyyəsinin artırılması məqsədilə 177 min ha yaxın torpaq sahəsi də hüquqi və fiziki şəxslərə icarəyə verilib.

 

Torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, həmçinin aqrar sahənin inkişafı ilə bağlı  torpaqların təyinatının dəyişdirilməsi istiqamətində də tədbirlər həyata keçirilir. Belə ki, 152 min hektar torpağın təyinatı kənd təsərrüfatı məqsədilə dəyişdirilib. Həmin ərazi 28 aqropark və 13 iri təsərrüfatın yaradılmasına imkan verib.

 

Həyata keçirilən monitorinqlərdə məlum olur ki, bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqlar birbaşa məqsədləri ilə deyil, istehsalat, sənaye məqsədləri üçün istifadə olunur. Belə torpaqlarda süni balıq gölləri, daş və qum-çınqıl karxanaları və sair obyektlər yaradılır. Bəzi hallarda torpaqların üst münbit qatının müxtəlif ərazilərə daşınması hallarına da rast gəlinir ki, bu da torpaqların eroziyaya uğramasına səbəb olur. Son nəticədə, torpaq sahələrinin məqsədli istifadəsinin qarşısını alır, torpağın iqtisadi gəlirliliyini və səmərəsini azaldır. Eyni zamanda həmin torpaqların kənd təsərrüfatı dövriyyəsindən çıxmasına gətirib çıxarır.

 

Ümumilikdə aparılan monitorinqlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 2 500-ə yaxın hal üzrə inzibati protokollar tərtib edilib.

 

Ötən illər ərzində aparılan monitorinq zamanı 8 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaq sahələrində 26 minə yaxın kateqoriyasına uyğun olmayan tiklilərin inşa olunduğu müəyyən edilib.

 

Vətəndaşların Xəzər sahilində istirahət hüququnu məhdudlaşdıran, sakinlərin narazılığına səbəb olan, müvafiq qaydalara uyğun aparılmayan hasarlanma ilə bağlı da işlər aparılır. İnşası qanunvericiliyin tələblərinə cavab verməyən hasarlar həmin yerin panoramik görünüşünü də pozmaqla turizm baxımından mənfi fəsadlara gətirib çıxarır. Sahil boyu ərazilərdə belə tiklilərin sahibi olan şəxslər müəyyənləşdirilərək barələrdə lazımi tədbirlər aparılır.

 

Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsində olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 44 hal üzrə inzibati tənbeh tədbirləri tətbiq olunub, 15 hal üzrə sənədlər aidiyyəti hüquq mühafizə orqanlarına göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR