Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı üçün kredit zəmanəti fondu yaradılır

Azərbaycanda kənd təsərrüfatı üçün kredit zəmanəti fondu yaradılır
# 10 iyun 2016 12:56 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda dövlət tərəfindən kənd təsərrüfatı üçün kredit zəmanəti fondu yaradılacaq.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu yeni hazırlanmış "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanunda əksini tapıb.

 

Qanunun 13-cü maddəsində (Kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyinin əsas istiqamətləri) dövlətin bu sahəyə dəstəyi siyahısında “Kooperativlər üçün kredit zəmanəti fondunun yaradılması” şərti də yer alıb. Maddədə həmçinin o da əks olunub ki, dövlət kooperativlərə güzəştli şərtlərlə kreditləşmənin təmin edilməsinə də dəstək verəcək.


Layihə Milli Məclisin növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR