Bank Of Baku

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin mütəxəssisləri Şirvanda səyyar xidmət həyata keçiriblər

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin mütəxəssisləri Şirvanda səyyar xidmət həyata keçiriblər
# 30 aprel 2016 16:20 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA.  Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin mütəxəssisləri Şirvan şəhərində səyyar xidmət həyata keçiriblər.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 17 rayondan gələn kənd təsərrüfatı sahəsində çalışan 170 mexanizatorun vaxtı bitmiş sürücülük vəsiqələri dəyişdirilib.  Mexanizatorlara operativ şəkildə xidmətlərin göstərilməsi məqsədi ilə 8 bölgədə müasir avadanlıqlara təchiz olunan Qeydiyyat İmtahan Məntəqələri yaradılıb. Bundan əlavə kənd təsərrüfatında çalışan sürücülərin işini asanlaşdırmaq üçün Baş Dövlət Texniki Nəzarət Müfəttişliyində avtomatlaşdırılmış informasiya sistemi də qurulub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR