Bank Of Baku

Nazir: “Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad olunan torpaqlardan istifadə qaydalarını müəyyən edəcək”

Nazir: “Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad olunan torpaqlardan istifadə qaydalarını müəyyən edəcək”
# 29 aprel 2016 12:07 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad olunan torpaqların neçə istifadə olunması və təmizlənməsi ilə bağlı qaydalarını müəyyən edəcək.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

 

“Nə qədər ərazinin işğaldan azad olunması, həmin ərazinin necə təmizlənməsi və istifadə olunması kimi məsələlər dövlət nəzarətindədir. Bunun üçün kompleks tədbirlər hazırlanacaq. Təbii ki, Kənd Təsərrüfatı Nazirliyi bu işə məsul olan orqan kimi təkliflərini və yanaşma qaydalarını müəyyən edəcək. Hazırda bu proses təhlil mərhələsindədir”, - deyə nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR