"Çayçılıq Azərbaycanda ənənəvi məhsuldur. Tarixə diqqət yetirsək, bu məhsulun istehsalı müxtəlif səbəblərdən həm artıb, həm azalıb".
"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
"Çayçılıq məhsullarının idxalı Azərbaycandan böyük valyuta axınına səbəb olur. 2017-ci il ərzində çay məhsulları idxalına 54 mln. dollar vəsait sərf edilib. Bu, çox böyük rəqəmdir", - deyə nazir əlavə edib.