Bank Of Baku

Nazir müavini: "Suyun qiymətinin artırılması fermerlərə təsir etməyəcək"

Nazir müavini: "Suyun qiymətinin artırılması fermerlərə təsir etməyəcək"
# 18 may 2016 11:12 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Suyun qiymətinin artırılması kənd təsərrüfatı məhsulları istehsalçılarına o qədər də təsir etməyəcək".

 

"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

"Kənd Təsərrüfatı Nazirliyi də çalışır ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları vaxtlı-vaxtında su ilə təmin olunsunlar. Bir sıra subyektiv və obyektiv səbəblərdən suyun qiymətinin artırılması kənd təsərrüfatı məhsulları istehsalçılarına o qədər də təsir etməyəcək. Lakin suvarma prosesində texniki vəziyyəti yüksəltmək bizim əsas məqsədimizdir. Verilən sudan səmərəli istifadəsini təmin etmək, itkiyə yol verməmək lazımdır", - deyə nazir müavini qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR