Bank Of Baku

Son üç gündə Rusiyaya pomidor yüklü 39 vaqon, 113 yük maşını maneəsiz şəkildə yola salınıb

Son üç gündə Rusiyaya pomidor yüklü 39 vaqon, 113 yük maşını maneəsiz şəkildə yola salınıb
# 13 iyun 2016 13:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Xəbər verildiyi kimi, Azərbaycanda istehsal olunun kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı zamanı yaranan problemlər tam aradan qaldırılıb.


Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, fermerlərin və sahibkarların problemlərini aradan qaldırmaq məqsədilə qurum rəhbərliyinin Rusiyanın Federal Gömrük Xidməti ilə apardığı müzakirələrdən sonra artıq problem öz həllini tapıb.

Belə ki, son üç gündə - 11, 12 və 13 iyun tarixlərində Azərbaycanda istehsal edilən müxtəlif kənd təsərrüfatı məhsulları, əsasən də pomidor yüklü 39 vaqon, 113 yük maşını maneəsiz şəkildə Rusiyaya yola salınıb.

Tərəflər arasında razılıq əldə edildikdən sonra Azərbaycan mənşəli kənd təsərrüfatı məhsullarının geri qaytarılması və ya sərhəddə yubadılması halları müşahidə olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR